Reklam verin!
Yuma Ailə Jurnalı
İyul 24, 2008 9:42 tarixində, Millətin SƏSİ tərəfindən, Güney Azərbaycan bölməsində yazılib       Şərhlər(0)      Baxış sayı:53

Bildirilir ki, İran adlanan yerin ETTELAAT-I tərəfindən milli hərəkatçılara qarşı repressiyaları daha da gücləndirilib


Güney Azərbaycandan VHP.AZ ötürülən bilgiyə gərə, Güney Azərbaycanın iri şəhərlərində tələbə həbsi davam edir. İran adlanan yerin ETTELLAT-ının baş bilənləri Güneyli Milli Hərəkatçıları, xüsusən tələbələri şərləyərək həbs edib, gizli həbsxanalara ataraq onlara təzyiq edirlər.


Verilən məlumata görə, bir neçə günlük nisbi sakitlikdən sonra Güney Azərbaycanda vəziyyət yenidən gərginləşib: “ İran adlanan yerin “Təhlükəsizlik Qüvvələri” tələbə hərəkatının fəal üzvlərinə qarşı amansız basqılara başlayıblar. Belə ki, ETTELAAT məmurları Təbrizdə, Ərdəbildə, Urmiyada, Mərənddə tələbə hərəkatının tanınmış üzvlərinin evlərinə gizli hücum edərək, onları qanunsuz, valideyinlərinə heç bir bilgi vermədən həbs edərək gizli təcridxanalara aparır. Həbslər zamanı İran adlanan yerin “təhlükəsizlik qüvvələri” görünməmiş amansızlıqlara yol veriblər. ETTELAAT qüvvələri fəalların evlərini, şəxsi əşyalar törədirlər. Hətta tələbələrin valideyinləri də döyülür. Kimsə “evladımı hara aparırsan” desə onu da həbs edərək təcridxanaya salırlar. ETTELAAT qüvvələri həbs edilənləri naməlum istiqamətə apar və onlara amansız insana yaraşmayan şəkildə işgəncələr verirlər. Bəzi hallarda günlərələ su içində saxlayırlar. Çörək vermirlər. Valideyinlərinə bilgidə ötürmürlər. Bilgi ötürənidə incidirlər. Hələlik tutulanların harda saxlandıqları barədə məlumat əldə etmək mümkün olmayıb".
Bu gün verilən son məlumata görə, Ərdəbil Azad Universitetində fəaliyyət göstərən İslam Birliyinin keçmiş rəhbəri və nəşrinə qadağa qoyulmuş «Səhər» tələbə jurnalının keçmiş baş redaktoru Vədud Əsədi iyulun 22-də Rəşt şəhərində evində tutularaq bilinməz istiqamətə aparılıb. Məlumatda qeyd olunur ki, ETTELAAT əməkdaşları onun evdə axtarış da aparıblar və güneyli fəalın əlyazmalarını, şəxsi əşyalarını, kitablarını, CD və kompüterini müsadirə ediblər.
V.Əsədi Rəşt Azad Universitetində geologiya ixtisası üzrə təhsil alır. O, 2006-cı ildə «İran» qəzetində azərbaycanlıları təhqir edən karikaturanın dərcinə etiraz olaraq həmin vaxt keçirilmiş aksiyalara qatıldığına görə də bir müddət həbsdə saxlanmışdı.
V.Əsədi bir həftə əvvəl ailə qurub.


Bookmark and Share


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha