İyul 26, 2008 10:14 tarixində, Millətin SƏSİ tərəfindən,
Güney Azərbaycan bölməsində yazılib
Şərhlər(0)
Baxış sayı:44
Güney Azərbaycandan verilən məlumata görə, Marağa inqilab məhkəməsi 5 nəfər milli hərəkat fəalı Yaşar Həkkapur, Davud Əzimzadə, Hamid Yeganəpur, Məcid Pejevhfam və Əlirza Həqqini məhkəməyə çağırıblar. Çağırılan milli hərəkat fəalları bundan öncədə İnqilab məhkəməsinə çağırılmış, lakin onlara qarşı ittihamlar sübuta yetirilməmişdir.
Xatırladaq ki, soydaşlarımız 2006-ci il may hadisələri zamanında ETTELAAT məmurları tərəfindən həbs edilərək 52 gün müddətinə ağır işgəncə və təzyiqlərə məruz qalmışdır. Hər biri 30 min dollar dəyərində girov qoymaqla müvəqqəti azadlığa buraxılmışdır. Onların hüquqlarını müdafiə edən hüquq müdafiəçsisi Məhəmmədrza Fəqihi bildirib ki, onlara qarşı irəli sürülən ittihamlar heç bir faktla sübuta yetirilməmişdir. Onlar qanunsuz olaraq təhlükəsizlik məmurları tərəfindən həbs edilmiş və ağır işgəncələrə məruz qalmışdır.


