Reklam verin!
İyul 23, 2008 11:13 tarixində, Millətin SƏSİ tərəfindən, Quzey Azərbaycan bölməsində yazılib       Şərhlər(0)      Baxış sayı:55


AĞDAMSIZ DAHA BİR İLİ ARXADA QOYDUQ

Ağdam rayonunun işğalından 15 il ötür. Ağdam 1993-cü il iyul ayının 23-də terrorçu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Erməni hərbi birləşmələri Ağdam istiqamətindəki Xıdırlı,Sarıcalı, Qiyaslı və Muradbəyli kəndərinin işğal edərək Ağdam şəhərinə daxil olublar. Günün ikinci yarısında şəhər tamamilə iğöal olunub. Ağdamın işğalı Dağlıq Qarabağ ətrafında Laçın və Kəlbəcərdən sonra 3-cü böyük itki idi. Sonrakı döyüşlər nəticəsində Ağdamın üçdə ikisi də işğal edildi. Erməni hərbi qüvvələrinin Ağdama hücumu nəticəsində şəhər yerlə yeksan edilib.122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi , 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılıb, tamamilə məhv edilib. Erməni terrorçuları uşaq və böyük, qadın və kişiyə fərq qoymadan vəhşicəsinə insanları qətlə yetirərək,bununla bəşəriyyətə qarşı ən ağır dərəcəli cinayət törədiblər. Erməni təcavcüzündən xilas olan azərbaycanlılar bu gün ölkəmizin 48 bölgəsində yerləşdirilmiş çadır şəhərcikləriində məskulaşıblar.

Davamı...
Bookmark and Share

  Yazılar cəmi: 1